İDMAN


Bu il Formula 1 Sinqapur Qran-Prisi keçirilməyə bilər

Bakı, 18 may, AZƏRTAC

Bu il Formula 1 Sinqapur Qran-Prisinin keçirilməsi sual altındadır.

AZƏRTAC xəbər verir ki, yarışın təşkilatçıları azarkeşsiz avtodromda yürüşün mənasız olduğunu düşünürlər. Bilet satılmayan bir yarışdan gəlir əldə etməyən təşkilatçılar həmçinin trası hazırlamaqda da vaxt problem ilə üzləşiblər. Bunun üçün onlara 3 ay lazımdır.

Monako Qran-Prisinin ləğv edilməsinin səbəblərindən biri də məhz bu amil idi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.