REGİONLAR


Bu il Füzuli rayonunda 110 min tondan çox taxıl istehsalı proqnozlaşdırılır

Füzuli, 11 fevral, AZƏRTAC

Taxılçılıq Füzuli rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda bu sahənin inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı və 500 hektar ərazidə isə toxumçuluq təsərrüfatı yaradılıb. Artıq yeddi ildir ki, Füzuli rayonu respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasındadır.

Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ildə rayonda əkilmiş 36 min 300 hektar taxıl sahəsindən 108 min 217 ton məhsul, o cümlədən 82 min 938 ton buğda, 25 min 279 ton arpa əldə edilib. İri taxılçılıq təsərrüfatlarında məhsuldarlıq xüsusilə yüksək olub.

Bu il üçün rayonda 36 min 700 hektarda taxıl səpini həyata keçirilib ki, onun da 28 min 25 hektarı buğda, 8675 hektarı arpadır. Cari ildə rayonda 110 min tondan çox taxıl istehsalı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.