REGİONLAR
Bu il Gəncə idmançıları 214 medal qazanıb
Gəncə, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə idmançıları yola salmaq üzrə olduğumuz 2018-ci ildə 214 medal qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mükafatlardan 84-ü qızıl, 57-si gümüş, 73-ü bürünc olub.
Medalların əksəriyyəti respublika səviyyəli yarışların payına düşsə də, Nizami yurdunun təmsilçiləri Avropa və dünya çempionatları, eləcə də beynəlxalq turnirlərdə öz bacarıqlarını göstərə biliblər. Bu sıradan olan nüfuzlu yarışlarda 19 qızıl, 5 gümüş, 22-i bürünc medal əldə edilib. İlin ən böyük nailiyyəti Gəncə güləşçisi Turan Bayramovun Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olmasıdır.
İlin yekunları ilə bağlı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində keçirilən tədbirdə 2018-ci ildə yüksək nəticələr göstərən idmançılar və məşqçilərə fəxri fərman və hədiyyələr təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]