REGİONLAR


Bu il Göygöl rayonunun kəndlərində 8 artezian quyusunun istifadəyə verilməsi nəzərdə tutulmuşdur

Göygöl, 19 mart (AZƏRTAC). Göygöl suvarma sistemləri idarəsi cari ilin yaz-tarla işlərinə ciddi hazırlaşmışdır.

İdarənin rəisi İlqar Məhərrəmov AZƏRTAC-a demişdir ki, nasos stansiyaları təmir edilmiş, subartezian quyuları işlək vəziyyətə gətirilmiş, çaylar və su kanalları lildən və tullantılardan təmizlənmişdir. Hazırda 4 kənddə 8 artezian quyusu qazılır.

Rayonda 12 min 510 hektar əkinə yararlı torpaq sahəsi vardır və bu sahələrin suvarılmasında 191 artezian quyusundan, 9 nasos stansiyasından və rayon ərazisindən keçən 3 təbii çay sularından istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.