REGİONLAR


Bu il Hacıqabul Sənaye Məhəlləsində avtobusların ilk buraxılışı gözlənilir

Bakı, 20 may, AZƏRTAC

Cari ilin sonunadək Hacıqabul Sənaye Məhəlləsində inşa olunan zavodda avtobusların ilk buraxılışı planlaşdırılır.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib.

Onun sözlərinə görə, hazırda sənaye məhəlləsində avtobus və yük avtomobilləri istehsal edəcək zavodun inşası yekunlaşmaq üzrədir.

Emin Axundov bildirib ki, pandemiya səbəbindən zavodda avadanlıqların quraşdırılması təxirə salınıb: “Gələn ay avadanlıqların quraşdırılması ilə bağlı tarix dəqiqləşəcək. İlin sonuna qədər isə zavodda avtobusların ilk buraxılışı planlaşdırılır”.

Qeyd edək ki, ötən il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub.

Zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal edilməsi nəzərdə tutulub.

Layihənin ümumi dəyəri 10 milyon avrodur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.