REGİONLAR


Bu il Hacıqabulda 15 tondan çox bal istehsal olunub

Hacıqabul, 1 dekabr, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir.

Hazırda rayonun ayrı-ayrı arıçılıq təsərrüfatlarında 994 arı ailəsi saxlanılır ki, bu il bu arı ailələrinin hər birindən 15-18 kiloqram olmaqla 15 ton 904 kiloqram məhsul istehsal olunub. İstehsal olunan balın yarıdan çoxu rayonun Meyniman və Ələtli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən arıçılar tərəfindən istehsal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.