DÜNYA


Bu il Həcc ziyarətində 950 mindən çox zəvvar iştirak edir

Əbu-Dabi, 8 avqust, AZƏRTAC

Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978.159 nəfərə çatıb.

AZƏRTAC Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsinin məlumatına istinadla xəbər verir ki, zəvvarların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 61.500 nəfər, yəni 7 faiz artıb.

İdarədən bildiriblər ki, zəvvarların 928.043 nəfəri təyyarə, 40.734 nəfəri yerüstü nəqliyyat, 9.382 nəfəri gəmi ilə gəlib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.