REGİONLAR


Bu il İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub

İmişli, 6 may, Mahir Babayev, AZƏRTAC 

Bu il İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 225 qutu (4 min 275 qram) ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış 156 kümçüyə paylanılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 10 ton 87 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı artıraraq 17 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı rayonda kümçülər üçün bütün zəruri şərait yaradılıb. İpəkqurdunun yem bazasını möhkəmləndirmək məqsədilə son 3 ildə rayonda 67 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib, mövcud tut bağlarına qulluq göstərilib.

Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb.

Ötən il kümçülər istehsal etdikləri baramanın hər kiloqramından 9 manat gəlir götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.