DÜNYA
Bu il İranda 670 ton narkotik vasitə müsadirə edilib
Tehran, 15 noyabr, AZƏRTAC
Cari ilin ötən dövrü ərzində İranın hüquq-mühafizə orqanları tərəfindən 670 ton narkotik vasitə müsadirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın polis təşkilatının narkotiklərə qarşı mübarizə idarəsinin rəisi, general Məcid Kərimi bildirib.
O qeyd edib ki, polisin bütün cəhdlərinə baxmayaraq, narkotik vasitələrin Əfqanıstandan İrana keçirilməsi davam edir.
İran öz sərhədlərini ciddi şəkildə qoruyaraq narkotik qaçaqmalçılığının qarşısını almağa çalışır. Rəsmi Tehran narkotik maddələrin qaçaqmalçılığının qarşısını almaq üçün Avropadan kömək istəsə də, müsbət cavab almayıb.
General diqqət çatdırıb ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı mübarizədə onlarca polis və sərhədçi şəhid olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]