REGİONLAR


Bu il Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında yeni şöbə açılacaq

Kəlbəcər, 10 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Bu il Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında yeni doğum şöbəsi açılacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səadət Əliyeva məlumat verib.

Ötən il xəstəxanaya müraciət edənlərdən 14 minə yaxınına ambulator, 500-dən çoxuna stasionar yardımın göstərildiyini deyən S.Əliyeva bildirib ki, hazırda xəstəxananın 209 nəfər tibb işçisi kəlbəcərlilərə səhiyyə xidməti göstərir. Onlardan 22 nəfəri həkim, 72 nəfəri orta tibb işçisidir.

Xəstəxananın Murovdağda və 1 saylı Yeni qəsəbədə məntəqələri var. Səyyar briqadalar vasitəsilə kəlbəcərlilərin məskunlaşdıqları yaşayış məntəqələrində də səyyar müayinələr aparılır.

Rayon mərkəzi xəstəxanasına müraciət edənlərdə infeksion, nevroloji, mədə-bağırsaq, ürək-damar, qan təzyiqi xəstəlikləri çoxluq təşkil edir.

Hazırda 6 şöbəsi olan xəstəxanada ilin sonuna kimi daha bir şöbənin açılması sakinlərin digər şəhərlərdəki xəstəxanalara müraciətinin qarşısını alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.