REGİONLAR


Bu il Kürdəmirdə 4 min hektarda çiyid səpini aparılacaq

Kürdəmir, 30 mart, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar Kürdəmirdə geniş yığıncaq olub.

AZƏRTAC xəbər verir ki, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin, pambıq istehsalçılarının iştirak etdikləri iclasda rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, hazırda regionlarda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Kürdəmir rayonunda da öz nəticəsini verməkdədir. Kürdəmir həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olub, daha çox pambıqçılıq ənənələrinə görə tanınıb.

İcra hakimiyyətinin başçısı diqqəti Saatlıda pambıqçılığın inkişafı məsələsinə həsr olunan respublika müşavirəsinin yekunlarına, müşavirədə Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan konkret vəzifələrə cəlb edib. Qeyd edib ki, Kürdəmir bu il pambıq əkiləcək 22 rayondan biridir. Cari mövsümdə burada 4000 hektarda çiyid səpini aparılacaq. Artıq şum çıxarılıb, arat işləri başa çatdırılıb, sahələr səpin üçün hazır vəziyyətə gətirilib. Pambıq əkinlərini suvarma suyu ilə təmin edəcək kanallar və arxlar lildən təmizlənib, lazımi hidrotexniki qurğular qurulub.

Çıxışlarda tarlalarda zəhmətkeşlər üçün lazımi şərait yaradılması, bu məqsədlə tarla düşərgələrinin təşkili, yol infrastrukturunun yaxşılaşdırılması, peşəkar kadrlarla təminat və sair məsələlərlə bağlı təkliflər səsləndirilib, müzakirələr aparılıb.

Yığıncaqda qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.