REGİONLAR


Bu il Lənkəran şəhər 6 nömrəli tam orta məktəbi bitirən 40 məzunun hamısı ali məktəblərə daxil olub

Lənkəran, 13 sentyabr, Bağır Əliyev, AZƏRTAC

2020-2021-ci tədris ilində Lənkəran şəhərindəki Səidəli Kazımbəyov adına 6 nömrəli tam orta məktəbi 40 məzun bitirib. Məzunların hamısı qəbul imtahanları zamanı yüksək bal toplayaraq ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Lənkəran Şəhər Təhsil şöbəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin lisey siniflərini - XI L1(18 nəfər) və XI L2 (22 nəfər) siniflərini bitirən məzunlardan 9 nəfər ali məktəblərə qəbul imtahanı zamanı 500 baldan, 3 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

Ali məktəblərə qəbul imtahanları zamanı məktəbin məzunu, builki tədris ilini “qızıl medal”la bitirmiş Xatun İsmayılzadə qızıl ən yüksək - 659 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin 2019-2021-ci tədris ilinin nəticələrinə görə, Lənkəran şəhər 6 nömrəli tam orta məktəb ölkəmizin lisey və gimnaziyaları arasında IX sinfin nəticələrinə əsasən beşinci yeri tutub.

Builki tədris ilində isə IX sinfin nəticələrinə görə məktəb ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə rayonda birinci olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.