REGİONLAR


Bu il Lerikdə modul tipli 10 məktəb binası quraşdırılacaq

Lerik, 11 yanvar, Bağır Əliyev, AZƏRTAC

Qəzalı vəziyyətdə olan ümumtəhsil müəssisələrinin modul tipli məktəblərlə əvəzlənməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Lerik rayonunda da yeni məktəb binaları inşa edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən tədris ilində Lerikdə modul tipli 5 məktəb binası quraşdırılaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Bu il isə rayonda bu tipli 10 məktəb binasının quraşdırılması nəzərdə tutulub.

Artıq yeni məktəblərin ikisi istifadəyə verilib. Hazırda rayonun Monidigah kəndində 1937-ci ildə tikilmiş məktəbin həyətində 96 şagird yerlik modul tipli məktəb binasının quraşdırılması davam etdirilir. Yeni məktəb binası fevral ayında istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.