DÜNYA


Bu il Meksikada cinayətkar qruplaşmalar tərəfindən 11 mindən çox insan öldürülüb

Bakı, 25 iyul, AZƏRTAC

Bu il Meksikada cinayətkar qruplaşmalar tərəfindən 11,2 min insan qətlə yetirilib. “Semaforo Delictivo” ictimai təşkilatının yaydığı məlumata görə, bu göstərici ötən ilin altı ayı ilə müqayisədə 28 faiz çoxdur.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatın rəhbəri Santyaqo Roelin sözlərinə görə, narkoticarət, qəsdən adam öldürmə, qadınların qətlə yetirilməsi, maşın qaçırma, ailədə zorakılıq hallarının sayı artmaqdadır. Milli Statistika və Coğrafiya İnstitutunun keçirdiyi sorğuda rəyi soruşulanların 75 faizi, demək olar, özlərini təhlükəli mühitdə hiss etdiklərini söyləyib.

Keçən il Meksikada 29 mindən çox qətlə yetirmə hadisəsi törədilib ki, bu da son 20 il üzrə ən böyük göstəricidir. Hökumət orqanlarının cinayətkarlığa qarşı mübarizə aparmalarına baxmayaraq bu göstərici cari ildə arta bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.