CƏMİYYƏT


Bu il “Məşğulluq” altsistemi üzərindən 92 min şəxsə iş yerlərinə e-qaydada göndərişlər verilib

Bakı, 19 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminə işəgötürənlər tərəfindən daxil edilmiş vakansiyalar üzrə işsiz və işaxtaranlara elektron qaydada göndərişlərin verilməsi davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il altsistem üzərindən 92 min şəxsə iş yerlərinə e-qaydada göndərişlər verilib. Hazırda “Məşğulluq” altsistemində 31 minə yaxın vakansiya mövcuddur.

Xatırladaq ki, işəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənilməsinə nail olurlar.

İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə edir, hansısa quruma müraciət etmədən qısa vaxtda və şəffaf şəkildə işlə təmin olunmaq imkanı qazanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.