REGİONLAR


Bu il Neftçalada 40 min hektardan çox sahədə payızlıq taxıl əkilməsi planlaşdırılıb

Neftçala, 14 oktyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada gələn ilin məhsulu üçün payızlıq taxıl səpininə başlanılıb. İlk olaraq arpa səpini aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 123 min 661 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 40 min 50 hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin üçün lazım olan müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə min hektar sahəyə toxum səpiblər. Rayonun Xolqaraqaşlı, Xolqarabucaq və Xəzərkənd kəndlərində səpin kampaniyası daha nümunəvi təşkil olunub. Bu kəndlərdə fəaliyyət göstərən fermerlər gün ərzində 100-110 hektar sahədə səpin aparırlar. Torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər edirlər.

Qeyd edək ki, bu il Neftçalada 40 min 50 hektar sahədə taxıl əkilməsi planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.