REGİONLAR


Bu il Neftçalada 40 min hektardan çox sahədə payızlıq taxıl əkilməsi planlaşdırılır

Neftçala, 19 noyabr, Mahir Babayev, AZƏRTAC 

Neftçalada gələn ilin məhsulu üçün payızlıq taxıl səpini uğurla davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə zəmilərdən 111 min 603 ton taxıl yığan əkinçilər növbəti təsərrüfat ilində bu göstəricini daha da artırmaq üçün səpinə ciddi hazırlaşıblar. Bu məqsədlə 37 min 583 hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları, maşın və mexanizmlərlə təmin olunublar. İşin yaxşı təşkili nəticəsində məhsul istehsalçıları qısa müddətdə 28 min 526 hektar sahəyə toxum səpiblər ki, bunun da 27 min 518 hektarı arpa, 1800 hektarı isə buğda sahələridir.

Rayonun Sarıqamış, Xolqaraqaşlı, Xolqarabucaq və Xəzərkənd kəndlərində səpin kampaniyası daha nümunəvi təşkil olunub. Bu kəndlərdə fəaliyyət göstərən fermerlər gün ərzində 150-200 hektar sahədə səpin aparırlar. Torpaq mülkiyyətçiləri səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.

Qeyd edək ki, bu il Neftçalada 40 min 500 hektar sahədə taxıl əkilməsi planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.