REGİONLAR


Bu il Oğuzda 110 hektarda tütün yetişdirilir

Oğuz, 11 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında tütün yığımına başlanılıb. Fermerlər mövsümün ilk günlərində sahələrdən 40 ton yaşıl tütün kütləsi dərərək rayonda fəaliyyət göstərən emal məntəqələrinə təhvil veriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonun təsərrüfatlarında 110 hektarda tütün əkilib. Oğuzlu fermerlər bu il 90 hektarda “Virciniya” növ ətirli, 20 hektarda isə yerli tütün sortları yetişdiriblər.

Tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə ötən il rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 tütünqurutma kamerası quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Tələbatı nəzərə alaraq, bu kəndlərdə əlavə olaraq 12 tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur.

Əvvəllər oğuzlu fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalırdılar. Bu isə əlavə vaxt itkisinə, artıq xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu.

Xatırladaq ki, keçən il Oğuzda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.