REGİONLAR


Bu il Oğuzda 17 min hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

Oğuz, 18 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında payızlıq dənlilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək təsərrüfatlarda 9 min 740 hektar sahədə yay şumu aparılıb. Səpin aparılacaq sahələrin şumlanmasına 160-dək traktor cəlb olunub. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 17 min hektaradək sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Xatırladaq ki, builki mövsümdə rayonda 16 min 253 hektar sahənin məhsulu biçilib, 51 min 423 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 31,6 sentner təşkil edib.

Qurum rəsmisinin sözlərinə görə, taxıl biçini başa çatdıqdan sonra bu il rayonun təsərrüfatlarında 107 hektarı dən üçün qarğıdalı, 109 hektarı soya olmaqla, 216 hektar sahədə təkrar əkinlər də aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.