REGİONLAR


Bu il Oğuzda 230 hektarda tütün əkini nəzərdə tutulur

Oğuz, 29 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Cari təsərrüfat ilində Oğuz rayonunda 230 hektar sahədə tütün əkini nəzərdə tutulur. Oğuzlu fermerlər ötən il olduğu kimi, bu il də əsasən “Virciniya botaniki” növlü tütün yetişdirəcəklər. Bir neçə gündür təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər rayonun Yaqublu, Kərimli və Muxas kəndlərinin ərazilərindəki təsərrüfatlarda 15 hektaradək sahəyə tütün şitilləri köçürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 269 hektar sahədən 548,5 ton quru tütün əldə ediblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox, məhsul istehsalı isə 332,9 ton artıb.

Qurum rəsmisi bildirib ki, rayonun təsərrüfatlarında qarğıdalı əkininə də başlanılıb. Bu il rayonda 260 hektar sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. Əkin mövsümünün ilk günlərində Xaçmaz kəndində 7 hektar sahədə qarğıdalı əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.