REGİONLAR


Bu il Oğuzda taxıl istehsalı 3 min tondan çox artıb

Oğuz, 16 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 16 min 423 hektar sahənin məhsulu biçilib, 53 min 576 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,6 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 3 min 257 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tədarük edilən taxılın 39 min 185 tonu buğda, 14 min 391 tonu isə arpadır. Buğda zəmilərində hər hektardan orta məhsuldarlıq 32,5 sentner, arpa sahələrində isə 33 sentner olub. Rayon üzrə ən yüksək məhsuldarlıq toxumçuluq təsərrüfatlarında qeydə alınıb. Belə ki, builki mövsümdə həmin təsərrüfatlarda hər hektardan 50 sentnerdən çox məhsul götürülüb.

Mərkəzin direktor müavininin məlumatına görə, rayonda tütün yığımı da mütəşəkkil davam etdirilir. Oğuzlu fermerlər bu il 220 hektarda “Virciniya botaniki” növlü tütün yetişdirirlər. Bu günədək rayonda 126 ton quru tütün istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.