REGİONLAR
Bu il Qax Dövlət Kukla Teatrında dörd yeni tamaşa hazırlanacaq
Qax, 11 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında Osman Abdullayevin “Qoğal” rus xalq nağılı əsasında qələmə aldığı eyniadlı nağıl-tamaşa üzərində məşqlərə başlanılıb.
Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar-plan əsasında hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yusif Abdurahmanov, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nərmin Fətəliyevadır. Tamaşada əsas rolları teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Nuru Mustafayev və başqaları oynayırlar. Tamaşa uşaqlara Novruz bayramı ərəfəsində təqdim olunacaq.
Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, builki mövsümdə teatrda, həmçinin ingilis yazıçısı Redyard Kiplinqin “Mauqli”, İsveç yazıçısı Astrid Linqrenin “Karlson” və rumın xalq nağılı əsasında “Günəş və qar adamlar” əsərlərinin də səhnələşdirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]