REGİONLAR


Bu il Qax rayonunda 54 hektar sahədə aqromeşə salınıb

Qax, 19 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin yaz və payız mövsümlərində Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin Qax Meşəbəyliyi tərəfindən rayon ərazisində dövlət meşə fonduna aid 54 hektar sahədə aqromeşələr salınıb. Yeni salınan meşəliklərin 43 hektarına fındıq, 7 hektarına qoz, 2 hektarına şabalıd, 2 hektarına isə ərik və tut tingləri əkilib.

Meşəbəylikdən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dövlətimizin başçısının göstərişinə uyğun olaraq, 2016-cı ildən başlayaraq meşə əkini işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqromeşələrin, bağların salınmasına üstünlük verilir. Əkin zamanı əsasən fındıq, qoz, şabalıd, tut və digər ağac tinglərindən istifadə olunur.

Qeyd edək ki, 2016-2018-ci illərdə Qax rayonu ərazisində 242 hektar sahədə aqromeşələr salınıb. Yeni bağların salınması məqsədilə bu ilin yaz mövsümündə müəssisənin tinglik təsərrüfatında 0,4 hektar sahəyə müxtəlif növ meyvə tingləri əkilib. İlin sonunadək daha 0,8 hektar sahəyə yeni tinglər əkiləcək. Bundan əlavə, hazırda müəssisənin tinglik təsərrüfatında əvvəlki illərdə əkilmiş 374 min ədəd meyvə tingi də yetişdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.