REGİONLAR


Bu il Qaxda 400 hektaradək sahədə tütün əkini proqnozlaşdırılır

Qax, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 400 hektar sahədə tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər cari təsərrüfat ilində 385 hektar sahədə “Virciniya botaniki”, 15 hektarda isə digər növ tütün yetişdirəcəklər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün fermerlər tərəfindən fevralın əvvəllərində sadə istixanaların hazırlanmasına başlanılacaq. Ümumilikdə, təsərrüfatlarda 6 min kvadratmetr sahədə istixanaların hazırlanması nəzərdə tutulur. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə rayonda 477 hektar sahədə tütün əkilib, 560,8 ton quru tütün istehsal olunub. Torpaq mülkiyyətçiləri tütünçülükdən 130 min manatadək gəlir əldə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.