REGİONLAR
Bu il Qaxda 625 hektarda tütün əkini planlaşdırılır
Qax, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 625 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ümumi sahəsi 8 min kvadratmetrdən çox olan 550 sadə istixana quraşdırılaraq toxum səpilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar indiyədək 70 fermerlə müqavilə bağlanılıb. Tütün əkiləcək sahələr müəyyənləşdirilib və əkinə hazır vəziyyətə gətirilib. İstixanalarda yetişdirilən tütün şitilləri aprelin sonlarında sahələrə köçürüləcək.
Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 623,5 hektar sahədən 971,8 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 161 ton artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]