REGİONLAR
Bu il Qazax rayonunda 550 hektara yaxın sahədə qarğıdalı biçiləcək
Qazax, 25 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Bu il Qazax rayonunda 543,5 hektar sahədə qarğıdalı biçiləcək. Bu, ötən illə müqayisədə 38,7 hektar çoxdur.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sahələrdən bu vaxtadək 320 hektar qarğıdalı biçilib.
Hazırda biçinin davam etdiyi sahələrdə 3 ədəd qarğıdalı biçən kombayn fəaliyyət göstərir. Biçilmiş sahələrdən hər hektara orta hesabla 60-70 sentner məhsul götürülür. Ötən il sahələrdə orta məhsuldarlıq 54 sentner təşkil edib. Bu il isə daha çox may və pioner növlü qarğıdalı toxumundan istifadə olunduğuna görə daha yüksək məhsul götürmək mümkün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]