REGİONLAR


Bu il Qazaxda 8 ton yaş barama istehsalı proqnozlaşdırılır

Qazax, 14 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramına uyğun olaraq Qazax rayonunda da bu sahənin inkişaf etdirilməsi istiqamətində tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda barama istehsalı 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram olub. Ötən il isə kümçülər tərəfindən 5000 kiloqram yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kiloqram yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib.

Bu il qazaxlı kümçülər tərəfindən 8 ton yaş baramanın yetişdirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.