REGİONLAR


Bu il Qəbələdə 400 hektarda yeni fındıq bağları salınacaq

Qəbələ, 23 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Qəbələ rayonunda davamlı iş aparılır. Təkcə ötən il rayon ərazisində 600 hektarda yeni fındıq bağları salınıb. Cari ildə fındıq bağlarının sahəsinin daha 400 hektar artırılması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda rayonda 6 min 27 hektar fındıq bağları var. Bu bağların 4 min 827 hektarı barverəndir. Ötən il fındıq bağlarından 7 min 148 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 125 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.