REGİONLAR
Bu il Qəbələdə 75 hektarda tütün əkilib
Qəbələ, 25 may, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun təsərrüfatlarında tütün əkini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 75 hektar sahədə tütün əkilib. Qəbələli fermerlər bu il 5 hektarda “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Builki mövsümdə rayonda quru tütün istehsalının 100 tona çatacağı proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildiriblər ki, cari təsərrüfat ilində rayonda tütün əkini və becərilməsi işlərinə 200-dən çox işçi cəlb olunub.
Xatırladaq ki, ötən il də qəbələli fermerlər 75 hektar sahədə tütün yetişdirib, 99 tona yaxın quru tütün istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]