CƏMİYYƏT


Bu il Qəbələdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanacaq

Bakı, 11 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bərpa müəssisələri şəbəkəsinin respublikamızın bölgələri üzrə genişləndirilməsi işlərinə də başlanılır. Belə ki, bu ilin ikinci yarısında Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisi planlaşdırılır.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 70 çarpayılıq nəzərdə tutulan reabilitasiya müəssisəsində həmin bölgədə yaşayan sağlamlıq imkanları məhdud uşaqlara stasionar və ambulator bərpa xidmətləri göstəriləcək. Müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşəyönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb ediləcəklər.

Bölgələrdə yeni uşaq reabilitasiya müəssisələrinin yaradılması regionlarda yaşayan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya imkanlarının artırılmasında əhəmiyyətli rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.