CƏMİYYƏT


Bu il Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 33 min ağac əkiləcək

Bu il Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 33 min ağac əkiləcək

Bakı, 21 mart, AZƏRTAC

Bu il Şabran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 33 min ağacın əkilməsi, 100 hektar sahədə toxum səpilməsi, eyni zamanda, yanğına məruz qalmış meşə fondu ərazilərinin bərpası nəzərdə tutulub.

Mərkəzin direktoru Elbrus Əliyev AZƏRTAC-a bildirib ki, qlobal iqlim dəyişikliyinin qarşısının alınmasının ən başlıca yollarından biri kütləvi yaşıllaşdırma işlərinin aparılması, meşə sahələrinin artırılması və mühafizəsinin gücləndirilməsindən ibarətdir.

E.Əliyev Beynəlxalq Meşələr Günü münasibətilə hər kəsi təbrik edib və meşələrimizə biganə yanaşmamağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.