CƏMİYYƏT


Bu il “Sağlam məktəbli” layihəsi paytaxtda 20, regionlarda 60-dan çox məktəbdə həyata keçiriləcək

Bakı, 8 fevral, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. Fevralın 8-də “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Bakının Nərimanov rayonundakı Məktəb-Lisey Kompleksində keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə məktəbin şagird və müəllim heyətinə qida təhlükəsizliyi, şəkərdən düzgün istifadə qaydaları, sağlam qidalanma və balıq ətindən istifadənin faydası barədə məlumat verilib. Agentliyin mütəxəssisləri məktəbliləri maraqlandıran sualları cavablandırıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, ötən il "Sağlam məktəbli" layihəsi Bakı şəhərində fəaliyyət göstərən 10 ümumtəhsil müəssisəsində həyata keçirilib və ümumilikdə layihədə 3 mindən artıq müəllim və şagird cəlb olunub. Bu il paytaxtda 20, regionlarda isə 60-dan çox məktəbdə layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Sağlam məktəbli” layihəsi Qida Təhlükəsizliyi Agentliyi, Qida Təhlükəsizliyi İnstitutu və Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir. Məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.