REGİONLAR


Bu il Samux rayonunun təsərrüfatlarından 13 min tona yaxın tərəvəz yığılıb

Samux, 20 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Tərəvəz istehsalı Samuxda kənd təsərrüfatı üzrə əsas ərzaq və gəlir mənbəyindən biridir. Bu sahəyə maraq ildən-ilə artmaqdadır. 2020-ci ilin ötən 8 ayında rayonda 708,5 hektar sahədə tərəvəz əkilib. Sahələrdən 12947 ton tərəvəz yığılıb. O cümlədən örtülü torpaqlarda 65,9 hektar sahədən 4736 ton məhsul toplanıb. Məhsuldarlıq rayon üzrə hər hektardan 182,7 sentner olub.

Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tərəvəz məhsulunun 2109 tonu kənd təsərrüfatı müəssisələrində, 10838 tonu isə əhali təsərrüfatlarında becərilib. Təsərrüfatlardan, o cümlədən 6414 ton pomidor, 1319 ton badımcan, 1901 ton xiyar, 844 ton baş soğan, 213 ton sarımsaq, 506 ton bibər, 312 ton yaşıl lobya, 333 ton kələm, 89 ton süfrə yerkökü, 87 ton süfrə çuğunduru, 929 ton isə sair tərəvəz yığılıb.

Qeyd edək ki, istehsal olunan tərəvəz əhalinin ərzaq tələbatını ödəməklə yanaşı, şəhər bazarlarına çıxarılır, eyni zamanda, ixrac olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.