REGİONLAR


Bu il Şəkidə 88 min tondan çox taxıl istehsal olunub

Şəki, 29 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 48 min 219,5 hektar sahənin məhsulu biçilib, 88 min 483 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 18,4 sentner təşkil edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, builki mövsümdə şəkili fermerlər 22 min 224,9 hektar arpa sahəsindən 42 min 671,8 ton, 25 min 994,6 hektar buğda sahəsindən isə 45 min 811,2 ton məhsul əldə ediblər. Arpa sahələrinin hər hektarının orta məhsuldarlığı 19,2 sentner, buğda zəmilərinin məhsuldarlığı isə 17,6 sentner olub.

Sektor müdirinin məlumatına görə, ötən ilin payızında rayonda 2022-ci ilin məhsulu üçün 65 min 283 hektar sahədə taxıl səpini aparılsa da, bu il havaların uzun müddət yağmursuz, quraq keçməsi səbəbindən 17 min 63,5 hektar taxıl sahəsi tamamilə məhv olub. Ona görə də builki mövsümdə rayonda 48 min 219,5 hektar taxıl sahəsinin məhsulu biçilib.

Hazırda rayonun təsərrüfatlarında tütün yığımı da davam edir. Bu il şəkili fermerlər 1250 hektar sahədə tütün yetişdiriblər. İndiyədək emal məntəqələrində 1622,4 ton quru tütün istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.