REGİONLAR


Bu il Şəkidə barama istehsalının 72 tona çatdırılması planlaşdırılır

Şəki, 13 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəkidə yaş barama istehsalının əvvəlki illə müqayisədə 24 ton artırılaraq 72 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi ilə əlaqədar 1346 ailə ilə müqavilə bağlanılıb, onlara 1800 qutu, yəni 34,2 kiloqram ipəkqurdu paylanılıb. Ümumiyyətlə, builki mövsümdə Şəki rayonunda baramaçılıq sahəsində 3467 nəfər kənd sakininin məşğulluğu təmin olunub. İstehsalçılardan yaş barama tədarükünə mayın axırı, iyunun əvvəllərində başlanılacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər Şəki rayonunda da baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 2018-ci ildə 48 tona çatıb. Ötən il Şəkidə baramaçılıq sahəsində 2851 nəfər işlə təmin olunub. Kümçülər barama istehsalından 432 min manat gəlir əldə ediblər.

Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son üç ildə rayon ərazisində 376 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 162 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikamızdan ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.