REGİONLAR


Bu il Tovuzda 12 subartezian quyusunun qazılması planlaşdırılır

Tovuz, 7 iyun, Famil Quliyev, AZƏRTAC

Tovuz Subartezian Quyuları İstismarı İdarəsi tərəfindən yay və payız aylarında əkinlərin nörmal suvarma suyu ilə təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu məqsədlə 460 subartezian quyusunda əsaslı, 118-də isə cari təmir işləri aparılıb. Bundan əlavə, istismara yaramayan 8 nasos yenisi ilə əvəzlənib. Ötən il 6 subartezian quyusu qazılaraq istismara verilib, cari ildə isə 12 subartezian quyusunun qazılması planlaşdırılır.

Görülən işlər nəticəsində yay və payız aylarında əkinlərin normal suvarma suyu ilə təminatında heç bir problem yaşanmayacaq.

Qeyd edək ki, rayonda 24 min hektara yaxın suvarılan əkin sahəsi mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.