İQTİSADİYYAT


Bu il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən illə müqayisədə 5,8 faiz çoxdur

Bakı, 25 iyul, AZƏRTAC 

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 380 milyon manat təşkil edəcək ki, bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 406,5 milyon manat və yaxud 5,8 faiz çoxdur.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmalar 5 milyard manat nəzərdə tutulur. Bu 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189,5 milyon manat və yaxud 3,7 faiz, 2018-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1 milyard 27 milyon manat və yaxud 17,0 faiz azdır.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 milyard 155 milyon manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 milyon manat və ya 29,8 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 546,2 milyon manat və ya 20,9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.