REGİONLAR


Bu il Zaqatalada 500 hektarda yeni fındıq bağları salınacaq

Zaqatala, 12 mart, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2018-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 1353,5 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 505 hektara çatdırılıb. Bu il dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində daha 500 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, fındıq tinglərinin əkiləcəyi ərazilər müəyyənləşdirilib. Sahələr şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilib. Əkin kampaniyasına yaxın günlərdə başlanılacaq.

Yaz mövsümünün gəlişi ilə əlaqədar hazırda fındıq bağlarına aqrotexniki qulluq olunur, budama və təmizlik işləri aparılır, bağlar suvarılır.

Qeyd edək ki, 2018-ci ildə rayonun fındıq bağlarından 15 min tondan çox məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1600 tona yaxın artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.