REGİONLAR


Bu il Zaqatalanın çay plantasiyalarından 25 ton yaşıl yarpağın yığılması gözlənilir

Zaqatala, 16 may, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun çay plantasiyalarında bir neçə gündür ki, builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus plantasiyalardan indiyədək 6 ton yaşıl çay yarpağı tədarük edilib.

Cəmiyyətin sədri Abdulməcid Şabanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonda 60 hektar çay plantasiya var. Bu il plantasiyaların yalnız 20 hektarından məhsul yığılır. Plantasiyalara qulluq və çay yığımı ilə əlaqədar 40 fermerlə müqavilə bağlanılıb. Müəssisənin çay fabrikində isə 8 nəfər işçi çalışır.

Müəssisə rəhbərinin bildirdiyinə görə, bu il havaların rütubətli keçməsi çayçılıq üçün çox əlverişlidir. Məhsuldarlıq ötən illə müqayisədə artıb. Ümumiyyətlə, builki mövsümdə cəmiyyətə məxsus plantasiyalardan 25 ton yaşıl çay yarpağının yığılması gözlənilir.

Cari ildə müəssisədə quru çay istehsalının 5 tona çatdırılması nəzərdə tutulur. İstehsal olunan məhsul satış üçün əsasən, daxili bazara çıxarılır. Quru çayın bir kiloqramının satış qiyməti keyfiyyətindən asılı olaraq, 12-32 manat arasında dəyişir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.