ELM VƏ TƏHSİL
Bu il ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib
Bakı, 21 sentyabr, AZƏRTAC
Bu il ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də jurnalistlərə açıqlamasında bildirib.
Əvvəllər ali məktəbə qəbul olunan abituriyentlərin təxminən 12-13 faizinin qeydiyyatdan keçmədiyini vurğulayan M.Abbaszadə deyib: “Bu il isə bu göstərici çox az oldu. Sentyabrın 15-dən sonra qeydiyyatdan keçməyən abituriyentlər tərəfindən müraciətlər daxil oldu. Biz onlara fərdi şəkildə baxdıq. Ali məktəbə qəbul olunan, amma ali təhsil müəssisəsində qeydiyyatdan keçməyən abituriyent sentyabrın 15-də tədris ocağına gəlib. Bu hallara da fərdi yanaşıldı. Elə hallar da olub ki, abituriyentin təhsil haqqı köçürülüb, amma o qeydiyyatdan keçməyib. Bunları nəzərə alaraq belə tələbələrlə bağlı əmrləri ali məktəblərə göndərdik”.