ELM VƏ TƏHSİL
Bu il beynəlxalq ikili diplom proqramı çərçivəsində daha iki ixtisas üzrə qəbul aparılacaq

Bakı, 9 iyun, AZƏRTAC
Bu il beynəlxalq ikili diplom proqramı çərçivəsində daha iki ixtisas üzrə qəbul aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə keçirilən görüşdə deyib.
“Bunlar Bakı Dövlət Universiteti ilə İsrailin Yerusəlim İbrani Universiteti arasında imzalanmış memorandum əsasında biotexnologiya və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında imzalanmış memorandumla bərpaolunan enerji ixtisaslarıdır. Qəbul planında biotexnologiya üzrə 25, bərpaolunan enerji ixtisasında isə 48 yer nəzərdə tutulub. Hər iki ixtisasa qəbul magistratura səviyyəsi üzrə aparılacaq”, - deyə Yaqub Piriyev bildirib.