CƏMİYYƏT
Bu il bölgələrdə 5 “ASAN xidmət” istifadəyə veriləcək
Bakı, 4 yanvar, AZƏRTAC
Bu il Azərbaycanda daha 5 "ASAN xidmət" mərkəzi əhalinin istifadəsinə veriləcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında "ASAN xidmət" mərkəzləri açılacaq.
Bununla da "ASAN xidmət" mərkəzlərinin sayı 20-ə çatmış olacaq. "ASAN xidmət" mərkəzləri olmayan bölgələrdə səyyar "ASAN xidmət" fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:11]
Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO
- 20.04.2024 [16:39]
Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub
- 20.04.2024 [16:05]