CƏMİYYƏT


Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur

Bakı, 18 yanvar, AZƏRTAC

Son ilyarımda Bakıda 3 DOST mərkəzi açılıb. Yaxın vaxtlarda Bakının Binəqədi rayonunda həmin rayonun və Nərimanov rayonunun sakinlərinə xidmət göstərəcək DOST mərkəzi də açılacaq. Bu il, həmçinin Abşeron, Bərdə və Quba rayonlarında DOST mərkəzlərinin açılması nəzərdə tutulur.

AZƏRTAC-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu barədə kütləvi-informasiya vasitələrinə verdiyi müsahibədə bildirib ki, bununla 2021-ci ilin axırınadək DOST mərkəzlərinin sayı 7-ə çatacaq, növbəti illərdə həmin mərkəzlərin şəbəkəsinin ölkəboyu genişləndirilməsi davam edəcək.

Paralel olaraq, sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi də genişləndirilir və müasir tələblərə uyğun qurulur. Ötən il 6 müəssisə - Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt Reabilitasiya Mərkəzləri və Göygöl Psixonevroloji Sosial Xidmət Müəssisəsi tam şəkildə yenidən qurularaq istifadəyə verilib. Müasir avadanlıqlarla təchiz edilmiş həmin reabilitasiya müəssisələri həm müharibədə yaralanmış hərbi qulluqçulara, həm də digər əlilliyi olan şəxslərə keyfiyyətli xidmətlər göstərəcək.

S.Babayev hazırda Şağan Reabilitasiya Pansionatının, Şəmkir və Qəbələdə Uşaq Reabilitasiya Mərkəzlərinin, Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin açılışına hazırlıq işləri aparıldığını və bu il onların da istifadəyə veriləcəyini deyib.

“Bununla nazirliyin sosial xidmət və reabilitasiya müəssisələrinin sayı 30-dan çox olacaq. Hədəfimiz də budur ki, reabilitasiya xidmətləri göstərilənlərin illik sayını 30 minə çatdıraq. Qarşıdakı dövrdə həmin müəssisələr şəbəkəsi daha da genişləndiriləcək”, -deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.