İQTİSADİYYAT


Bu il elektron xidmətlərin sayı 387-yə çatıb

Bakı, 15 dekabr, AZƏRTAC

Bu il dövlət qurumlarının həm öz internet səhifələrində, həm də "Elektron hökumət" portalında təqdim etdikləri elektron xidmətlərin sayı xeyli artıb. Hazırda "Elektron hökumət" portalı üzərindən xidmət təqdim edən qurumların sayı 48, elektron xidmətlərin sayı isə 387-yə çatıb. Portaldakı xidmətlərin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi nəticəsində istifadəçi sayı 1 milyon 67 min 420, e-imza sertifikatlarından faydalananların sayı isə 27 min 536-dır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən 2015-ci ildə "Elektron hökumət" quruculuğu istiqamətində həyata keçiriləcək tədbirlər üzrə plan hazırlanıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, plana əsasən, treninq və seminarların, görüşlərin, maarifləndirici mühazirələrin təşkili və s. nəzərdə tutulur. "Elektron hökumət" portalı və e-imzanın populyarlığının artırılması məqsədilə kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edilməsi planlaşdırılır. Bununla yanaşı bir sıra sosial xarakterli tədbirlər də həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.