CƏMİYYƏT


Bu il əmək yarmarkalarında 2634 nəfərə iş yerinə göndəriş verilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövrü ərzində 45 rayonda əmək yarmarkası təşkil edib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yarmarkalarda 2634 nəfər işsiz və iş axtaran vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. Ümumilikdə yarmarkalarda 1051 müəssisədən 12 830 vakant iş yeri təqdim edilib.

Əmək yarmarkalarında 175 nəfər işsiz və iş axtaran şəxsin peşə hazırlığı kursuna cəlb olunmaları üçün qeydiyyatı aparılıb. 239 nəfər isə öz istəyi əsasında ödənişli ictimai işlərə cəlb edilib.

Qeyd edək ki, ümumilikdə bu il ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkalarının təşkili nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.