İQTİSADİYYAT
Bu il əsas kapitala yönəldilmiş vəsaitin 101,3 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib
Bakı, 27 avqust, AZƏRTAC
Yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,3 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 101,3 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 93,5 milyon manatı rabitənin payına düşüb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 57,1 faiz artım deməkdir.