DÜNYA


Bu il həcc ziyarətində olacaq zəvvarlara sim-kart hədiyyə ediləcək

Ər-Riyad, 20 iyul, AZƏRTAC

Bu ilin həcc mövsümündə Səudiyyə Ərəbistanı hökuməti bütün dünyadan ziyarətə gələn zəvvarlara sim-kart hədiyyə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Məkkənin qubernatorunun “Twitter” səhifəsində məlumat yerləşdirilib. Qeyd olunur ki, həcc ziyarətinə gələn qonaqlar telefonla pulsuz əlaqə saxlamaq və internetdən istifadə etmək imkanı qazanacaqlar.

Sosial şəbəkələr istifadəçiləri bu təşəbbüsü böyük maraqla və çoxlu sayda müsbət rəylərlə qarşılayıblar.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.