İQTİSADİYYAT


Bu il hər bir Bakı sakini ayda 161,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Bakı, 7 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 2 milyard 372,9 milyon manata çatıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 538,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 64,8 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 1 milyard 873,6 milyon manat olub.

Cari ilin yanvar-iyun ayları ərzində hər bir şəhər sakini orta hesabla ayda 161,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.