İQTİSADİYYAT
Bu il hər bir istehlakçı orta hesabla ayda 444,7 manat xərcləyib
Bakı, 16 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 13,4 milyard manat olmaqla 2021-ci ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 12,9 milyard manata bərabər olub, onun 46,1 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 444,7 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 62 manat çox vəsait xərcləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:10]
® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ
- 23.04.2024 [16:27]
® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib
- 23.04.2024 [16:20]
Bakının daha bir prospektində velosiped yolu salınır
- 23.04.2024 [16:11]
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb
- 23.04.2024 [14:44]