İQTİSADİYYAT


Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Cari ilin 8 ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2 faiz artaraq 5 milyard 692,9 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 198,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,7 faizini təşkil edib.

Yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 575,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 21,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.